Dünya

Qətərdə Ermənistanın işğalçılıq siyasəti pislənildi

Qətərdə Ermənistanın işğalçılıq siyasəti pislənildi
Mənzil-qərargahı Qətərdə yerləşən Müsəlman Alimlərinin Beynəlxalq Birliyi təşkilatının baş katibi, nüfuzlu din xadimi Şeyx Əli Muhyiddin Əl-Qaradaği cümə xütbəsində Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışıb.

Ölkəmizin Qətərdəki səfirliyindən Sfera.az-a bildiriblər ki, xətib cümə namazına toplaşan müsəlmanlar qarşısında çıxış edərək Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Azərbaycan əraziləri olduğunu bildirib. O, bu faktın beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini deyərək, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini xatırladıb.

Baş katib Ermənistanın işğalçı dövlət olduğunu bildirib, işğal zamanı İslam abidələrinə böyük ziyan dəydiyini, müsəlmanların müqəddəs məkanlarının təhqir edildiyini deyib. Bildirilib ki, Azərbaycanın işğal edilmiş ərazilərində məscidlər dağıdılıb, bəzi məscidlər tövləyə və anbara çevrilib. Alim ermənilərin 30 ildir işğal olunmuş ərazilərdə azanı qadağan etdiklərini vurğulayıb, Azərbaycan Ordusu tərəfindən yeni azad edilən ərazilərdə 30 ildən bəri ilk dəfə azanın səsləndirildiyini bildirib.

Xətib, həmçinin işğalçı Ermənistanın təcavüzkar siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşdüyünü qeyd edib, zülmə məruz qalan və torpağından çıxarılan şəxsin özünü və Vətənini müdafiə etmək haqqına malik olduğunu vurğulayıb. O, qürur, din və izzət sahibi şəxslər üçün zülmü qəbul etməyin mümkünsüz olduğunu bildirib.

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031