Dünya

Qırğızıstan və Tacikistan qoşunların sərhəddən çıxarılmasını başa çatdırdı

Qırğızıstan və Tacikistan qoşunların sərhəddən çıxarılmasını başa çatdırdı
Rəsmi Bişkek və Düşənbə hərbi bölmələrin sərhəd zonasından çıxarılması prosesini başa çatdırıb.

Sfera.az xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bazar ertəsi bildirib.

"Tərəflər dövlət sərhədi xəttindən əlavə hərbi qüvvələrin və vasitələrin aparılmasını yekunlaşdırıb", - xəbərdə deyilir.

Sərhəd xidmətinin məlumatına görə, tərkibində iki ölkənin Müdafiə Nazirliyinin nümayəndələrinin daxil olduğu birgə komissiya işini davam etdirir. Hazırda sərhəddə və ona yaxın rayonlarda sabit vəziyyət hökm sürür, ötən gecə ərzində qarşıdurma hadisələri və atışmalar qeydə alınmayıb.

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31