Dünya

Qitələr üzrə koronavirusun yayılma STATİSTİKASI

Qitələr üzrə koronavirusun yayılma STATİSTİKASI
 

Pandemiya elan edilən koronavirus ən çox Avropa qitəsində yayılıb.

"Köhnə dünya”da 747 042 nəfər virusa yoluxub. Ölənlərin sayı 61 313 nəfər təşkil edir.

 

İkinci sırada olan Şimali Amerikada 464 888 nəfər koronavirusa yoluxub, 15 678 nəfər ölüb.

Koronavirusa yoluxanların sayına görə, qitələr arasında üçüncü yeri Asiya tutur. Bu qitədə 253 659 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı 9 539 nəfərdir.

Cənubi Amerika 35 528 yoluxma, 1 399 ölü sayı ilə siyahının dördüncüsüdür.

Afrikada isə 11 986 yoluxma, 576 ölü sayı qeyd edilir.

Okeaniya ərazisində yoluxma sayı 7 429, ölənlər 52 nəfərdir. (oxu.az)

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031