İqtİsadİyyat

Qızılın ucuzlaşması Neft Fondunun aktivlərinə necə təsir etdi?

Qızılın ucuzlaşması Neft Fondunun aktivlərinə necə təsir etdi?
2021-ci ilin birinci rübündə Dövlət Neft Fondunun aktivlərinin dəyərinin 803 milyon dollar azalmasında qızılın ucuzlaşmasının böyük təsiri var. 

Sfera.az iqtisadçı-ekspert Samir Əliyevə istinadən bildirir ki, 2021-ci ilin yanvar-mart aylarında dünya əmtəə birjalarında qızılın 9,8% ucuzlaşması hesabına Fondun itkisi 580 milyon dollara yaxın olub. Bu müddətdə qızılın troyan unsiyası 1874,3-dən 1691,5-ə düşüb.

S.Əliyev deyir ki, valyutalara gəldikdə isə İngilis funtu istisna olmaqla ən azı aktivlərin 1/3-ni təşkil edən 7 valyutanın 6-sı ABŞ dollarına münasibətdə dəyərini itirib: 

"Aktivlərin 1/5-nin məxsus olduğu avronun dəyər itirməsi 4%-ə yaxın olub. Bu, Fonda 420 milyon dollar zərər vurub. Daha çox ucuzlaşma paylarının kiçik olmasına rəğmən Türkiyə lirəsi (10%) və Yaponiya yenasında (7,2%) qeydə alınıb. Bundan başqa dollar qarşısında Rusiya rublu 2,2%, Avstraliya dolları 1,25%, Çin yuanı 0,4% zəifləyib. Fondun açıqlamasına görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 2 milyard manatdan çox olub”.

S.Əliyev deyir ki, diqqəti cəlb edən digər məsələ A və daha yüksək kateqoriyalı reytinqə malik qiymətli kağızlara yatırımın payının 91,2%-dən 89,9%-ə düşməsidir: 

"Əvəzində BBB dərəcəli reytinqə malik kağızların payı 7,4%-dən 8,8%-ə yüksəlib. 

Əlbəttə Fondun aktivlərinin azalması fiziki xərcləmələrlə bağlı  deyil. Ən azı Fond da qeyd edir ki, I rüb gəlir xərcləri üstələyib. Ola bilsin, II rübün sonuna valyutaların dollara münasibətdə möhkəmlənməsi  və ya qızıl bahalaşması baş versin. Və yaxud da hər ikisi baş versin. Bu halda aktivlər artacaq”.

Vasif
Sfera.az


XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31