Sağlıq

Qoz suyunun faydları

Qoz suyunun faydları
 Həm çərəz kimi, həm şirniyyatlarda, salatlarda və sair formada istifadə edilən qozun daha bir neçə faydası aşkarlanıb. Bu faydaları əldə etmək üçün qoz suyunun içilməsi məsləhət bilinir.

Mütəxəssislər bildirirlər ki, qoz suyu əldə etmək üçün qərzəkdən çıxarılmış qoz axşamdan suyun içinə qoyulur. Səhər yuxudan oyandıqdan sonra ağız və dişlər yuyulur, sonra həmin su içilir.

Qoz suyu qadınların ən həssas yeri olan arıqlamağa yardımçı olur. İçərisindəki protein bədəndəki yağların çıxmasını sürətləndirir və beləliklə arzuedilməz yerlərdəki yağın toplanmasına təsir göstərər.  Metabolizmi sürətləndirdiyi üçün çəki atmaq istəyənlərin hər gün bir stəkan qoz suyu içməsi məsləhətdir.

Xolsetrolu da tənzimləyir. Bu xüsusiyyətinə görə ürək və damar xəstəlikləri müalicəsində böyük faydası var. Tərkibindəki İmeqa-3 və maqnezium kii vitaminlər infarkt riskini azaldır.

Qalxanabənzər vəzi problemində də təbzimləyici rol oynayır.

Yorğunluq, gərginlik, halsızlıq kimi problemləri azaldır.

Qandakı şəkərin miqdarını tənzimləyir və qan axımını sürətləndirir. Bu isə daha gümhar olmağa yardım göstərir.

Aybaşı dövürlərini sancılı keçirən xanımların xüsusi ilə qoz suyu içməsi məsləhətdir.

Tərkibindəki vitaminlər beyinin funksiyalarını gücləndirdiyi üçün gələcəkdə alzeymer xəstəliyinə tutulma riskini azaldır.

Süd verən anaların da qoz suyu içməsi məsləhətdir. Çünki süd vasitəsi ilə tərkibindəki vitaminlər uşağa ötürülür və uşağa lazım olan vitaminlər təbii yolla əldə edilir.

Həm sistemi üçün də böyük dəstəkdir. Qəbizliyin və köp yaranmasının qarşısını alır.

Yuxu ilə bağlı problemləri olan insanlara xüsusən məsləhət bilinir. Sakitləşdirici təsiri ilə yatmazdan öncə içilən qoz suyu daha rahat yuxuya səbəb olur.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031