Hadİsə

Qubada ölümlə nəticələnən qəza baş verib

Qubada ölümlə nəticələnən qəza baş verib
 

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Quba rayonunun Ördüc kəndi ərazisində "UAZ" markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031