İqtİsadİyyat

“Rabitəbank” KMDF-ə könüllü ianə edib

“Rabitəbank” KMDF-ə könüllü ianə edib

"Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Rabitəbank” ASC tərəfindən könüllü ianə edilib.

Bu barədə "Report”a Bankdan məlumat verilib.

Məlumata görə, "Rabitəbank" öz növbəsində, Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) 150 min manat məbləğində maliyyə vəsaiti köçürüb.

"Rabitəbank” ASC kollektivi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031