İqtİsadİyyat

Rabitəbankdan şikayətlər durmadan artır

Rabitəbankdan şikayətlər durmadan artır
 Rabitəbankdan şikayət var. 
  Belə ki,  növbəti müştəri narazılığını Ali Bagirzade adlı facebook istifadəçisi adı çəkilən sosial şəbəkədə fəaliyyət göstərən qruplardan birində dilə gətirib.
O , bankı müştəriləri aldatmaqda, bankın ATM- lərində sağlam əskinasların olmadığında ittiham edir. Bildirir ki, Rabitəbankın ATM-indən pul alarkən müştəriyə ödənilən pullar adəti üzrə cırıq, deşik və istifadəyə yararsız olur. İstifadəyə yararsız əskinasları isə, bir çox ödəmə terminalları qəbul etmir. 
 Sözügedən paylaşımı diqqətinizə çatdırırıq:
 

"Şikayətim Rabitabank dandır. Özüdə 3 şikayət. Əmək haqqımız bu bankdan olduğu üçün məcbur bu bankdan asılı qalmışıq.

1-ci şikayət: 7 gün bundan öncə 20 yanvar metro stansiyası yaxınlığında yerləşən ATM-dən əmək haqqımı çəkəndə nə görsəm yaxşıdı, ATM-dən çıxan 100 manatların 2 ədədi cırıq, 5 ədədidə həddindən artıq köhnə idi. Pullar o qədər pis vəziyyətdə idi ki, nə Ekspresspay aparatı nə Milliön nədə Emanat qəbul etmədi. Bankın özünə irad bildirəndə gətirin dəyişək dedilər. Olmazmıki elə bu pulları ora qoyanda normalların qoyasız? İndi mən həm vaxtımı həmdə pulumu sərf edib niyə gəlməliyəm banka? Eyni problemi demək olar ki, bütün iş yoldaşlarım yaşıyır.

2-ci şikayət: Əmək haqqımızı bu bankdan alırıq amma hesabdan çıxarışda nə əcəbsə mədaxil olunan pulun qarşısında əmək haqqı sözü yazılmır. Səbəbin soruşanda müştəri çoxdu deyə çatdırmırıq dedilər. Nə vaxtda baxırsan işəridə heçkim yoxdur. Bəs yaxşı milyonlarla müştərisi olan digər banklar neçə çatdırır? İpoteka götürəndə hesabdan çıxarış üçün düz 5 dəfə banka getməli oldum keçən ay. Amrahbank hesabdan çıxarışı qəbul etmirdiki "pulun mənbəyi göstərilməyib biz nə bilək əmək haqqıdır yoxsa özünüz yükləmisiz balansa". Axırda Yasamal filalındakı xanım hesabdan çıxarışı kompüterinə yükləyib bir bir əmək haqqı sözünü yazdı əmək haqqıların qarşına. Belə biyabırçılıq olar?

3-cü şikayət: 3 gün bundan öncə 9 manat kontur yükləmək istədim nömrəmə. Rabitəbank mobil proqramından 1-ci cəhdimdə əməliyyat tamamlanmadı yazdı. 2 dəqiqə sonra yenə cəhd etdim bu dəfə 2 dəfə 9 manat çıxdı. Düzdü çıxan 18 manat kontur kimi yükləndi ancaq niyə tamamlanmamış əməliyyat yazıldığı halda pul çıxır? Bəlkə mənə başqa şeydə lazım olacaqdı o 9 manat.

Rəqəmsal bankçılıqdan dəm vuran bu bankda rəqəmsalın birdə "R"-sı var oda adının birinci hərfində!"



XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031