İdman

Rafael Ağayev: Tokioya qızıl medal üçün yola düşəcəyəm

Rafael Ağayev: Tokioya qızıl medal üçün yola düşəcəyəm
 

"Tokio 2020”də karate idman növü ilk dəfə təmsil olunacaq. Bu vaxta qədər bütün titulları qazanmışam. İndi əsas hədəf Tokio Olimpiadasıdır. Ən böyük arzum Olimpiya çempionu titulunu qazanmaqdır.

Sfera.az bildirir ki, bu sözləri jurnalistlərə müsahibəsində dünya şöhrətli karate ustası, Azərbaycan milli komandasının lideri Rafael Ağayev qeyd edib ki, hazırda çox yaxşı idman formasındadır:

"Artıq 28 ildir ki, karate idman növü ilə məşğul oluram. Bu idman növünü çox sevirəm və məhz bu sahəni seçdiyim üçün məmnunam. Düşünürəm ki, hazırda yaxşı idman formasındayam. Bəzən belə fikirlər səsləndirilir ki, Rafael yaşlanıb və karyerasını bitirməyi düşünmürmü? Bu cür fikirlər məni nəinki ruhdan salmır, daha da gücləndirir. Karyeramı bitirməyim isə Tokioda qazanacağım medalın əyarından asılı olacaq. Məşqlərimi davam etdirirəm. Tokioya qızıl medal üçün yola düşəcəyəm”.

Rafael Ağayev martın 25-29-da Bakıda keçiriləcək 55-ci Avropa çempionatında ciddi səbəb olmazsa, iştirak edəcəyini bildirib:

"Qitə çempionatında mütləq çıxış etmək istəyirəm. Avropa çempionatını buraxmaq hər hansı ciddi zədə səbəbindən ola bilər. Qarşıda məşqlərimiz var. Avropa çempionatının ilk günündə - martın 25-də mübarizə aparacağam. Doğma arenada, sevimli azarkeşlərdən dəstək gözləyirəm. Çünki xalqımın, millətimin mənə sevgisi və dəstəyi olmasaydı, bu qədər yüksək nəticələr qazana bilməzdim”. (trend)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930