Cəmİyyət

Ramil Həsənin facebook səhifəsi: Diqqətimizi Dağlıq Qarabağ münaqişəsinə ayırmışıq

Ramil Həsənin facebook səhifəsi: Diqqətimizi Dağlıq Qarabağ münaqişəsinə ayırmışıq

 

Millət vəkili Ramil Həsənin sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olmuş paylaşımı ilə bağlı yeni açıqlama verilib.


Sfera.az xəbər verir ki, deputat şəxsi hesabında paylaşımı haqqında gedən müzakirələrin ona qarşı qərəz olduğunu qeyd edib:


 

"Milli Məclisin deputatı Ramil Həsənin rəsmi facebook səhifəsində (şəxsi profil deyil) admin və könüllülər qrupu tərəfindən doğum günü ilə bağlı paylaşılmış təbrik mesajı, son günlər, bəzi informasiya saytları və ayrı-ayrı şəxslər tərəfindən qərəzli şəkildə şişirdilərək, sanki "millət vəkili öz-özünü təbrik edir” formasında ictimaiyətə çatdırılıb.

 

Ölkəmizin, hazırda, taleyüklü, tarixi məqamdan keçdiyini nəzərə alaraq, hər birimizin əsl vətənpərvərlik nümunəsi nümayiş etdirərək, məsuliyyətli olub, dövlətimizin birliyi və bərabərliyi naminə, cənab Prezidentimizin ətrafında sıx birləşərək, fəaliyyət göstərməyimizin vacib olduğu bir vaxtda, deputat Ramil Həsənin doğum günü ilə bağlı kiçik bir məsələnin şişirdilib tamamilə yanlış şəkildə ifadə edilməsi qərəzdən, insanları yanlış məlumatlandırmaqdan başqa bir şey deyil.


Bütün diqqətimizin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar, eləcə də digər mühüm istiqamətlərdə baş verən hadisələrə yönəldiyi bir vaxtda, hörmətli seçicilərimizdən, insanlardan bu cür məsələlərlə bağlı verdiyimiz narahatlığa görə üzr istəyir və bu barədə informasiya yaymış saytların hər bir hadisəni, məlumatı mahiyyəti üzrə işıqlandırmalarını arzu edirik”.

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031