Cəmİyyət

Rayona getmək istəyənlərin diqqətinə - Baş nazir qərar verdi

Rayona getmək istəyənlərin diqqətinə - Baş nazir qərar verdi
 Baş Nazir Əli Əsədov xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar imzalayıb.

Sfera.az xəbər verir ki, qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə xidməti zərurətlə əlaqədar giriş-çıxış aşağıdakı şəxslərə xidməti vəsiqələri əsasında icazə veriləcək.

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları ezamiyyə vərəqələri olduğu halda;

2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və ezamiyyə vərəqələri olduğu halda Milli Məclisin Aparatının əməkdaşları;

3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;

4. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;

5. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər ezamiyyə vərəqələri olduğu halda;

6. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında);

1.2.2. aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına daxil edilən ezamiyyə vərəqələri əsasında:

1. bu Qərarın 1.2.1-ci yarımbəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşları;

2. "ASAN Könüllüləri” İctimai Birliyinin, "Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, "Regional İnkişaf” İctimai Birliyinin, "Bir” tələbə-könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllüləri;

3. bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin işçiləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçiləri;

4. fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930