No Image
No Image

"Real Madrid"in hücumçusu yenə zədələndi

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Eden Azar növbəti dəfə sıradan çıxıb.

Sfera.az  Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu La Liqanın XI turunda evdə "Alaves"ə 1:2 hesabı ilə uduzduqları görüşdə bud əzələsindən zədələnib.

Belçikalı oyunçunun bir neçə həftəlik meydanlardan kənarda qalacağı gözlənilir. O, dekabrın 1-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunun Ukrayna "Şaxtyor"u ilə matçını buraxacaq.

Qeyd edək ki, Eden Azar mövsümün əvvəlində zədə səbəbində bir neçə oyunu buraxıb.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR