Cəmİyyət

Rəis işdən çıxarıldı - Postlarda bunu edirmiş

Rəis işdən çıxarıldı - Postlarda bunu edirmiş
 Bir neçə gün əvvəl Neftçala RPŞ-nin DYP bölməsinin rəisi, polis mayoru Azad Məmmədyarov vəzifədən azad olunub.

Sfera.az bizimxeber.az-a istinadən xəbər verir ki, Azad Məmmədyarov işində yol verdiyi nöqsanlara görə, daxili işlər orqanlarından uzaqlaşdırılıb.

Məlumata görə, Azad Məmmədyarov koronavirus pandemiyasının qarşısının alınması üçün qurulan postlardan şəxsi marağı üçün istifadə edib adam buraxdırırmış.

Daha bir məlumata görə, Neftçala RPŞ-nin rəisi Vüsal Şəbəndiyevə tabeçiliyində olan DYP rəsinin fəaliyyətini nəzarətdə saxlaya bilmədiyi üçün şiddətli töhmət elan olunub. Bildirilir ki, rayon polis şöbəsində araşdırma aparılır.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930