No image
İdman

Renat Dadaşov İngiltərədə 66 ölkənin ulduz futbolçuları siyahısında - VİDEO

Renat Dadaşov İngiltərədə 66 ölkənin ulduz futbolçuları siyahısında - VİDEO
 İngiltərə Premyer Liqasında ölkələrinin milli komandalarını təmsil edən ən yaxşı futbolçular müəyyənləşib. 

Sfera.az xəbər verir ki, "Givemesport" nəşri bununla bağlı araşdırma aparıb. Hazırda 66 fərqli yığma komandadan olan oyunçuların Premyer Liqa klublarında çıxış etdiyi vurğulanıb.  

Siyahıda "Vulverhempton” klunundan Azərbaycan millisinin futbolçusu Renat Dadaşov da yer alıb. 21 yaşlı hücumçunun çempionatdakı yeganə azərbaycanlı oyunçu olduğu və əsas komandada debüt etmədiyi vurğulanıb. Dadaşovun 6 dəfə Azərbaycan millisinin formasını geyindiyi də yazıda əksini tapıb. 

İndiyədək İngiltərə Premyer Liqasında 111 ölkənin futbolçuları çıxış edib. 

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton”la 4 illik müqavilə imzalayıb.


XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930