Hadİsə

Rəqsanənin köməkçisi koronavirusdan vəfat etdi - FOTO

Rəqsanənin köməkçisi koronavirusdan vəfat etdi - FOTO
 Müğənni Rəqsanə İsmayılovanın köməkçisi koronavirusdan vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə məşhur prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında məlumat verib. O bildirib ki, qadın bir neçə gündür müalicə alsa da, sağalmayıb.
 
R.İsmayılova kədərli hadisə ilə bağlı "Instagram” səhifəsində köməkçisinin şəklini paylaşaraq bu sözləri yazıb:

"Söz tapmıram, 47 yaşında cavan gəlin... 10 yaşında körpə uşağı var. Adı Mehparə idi. 20 gündür işə gəlmirdi. Sürücünü göndərdim, gətirdi. Halsız idi, dedi ağrıyıram. 

Gedib xəstəxanaya, müalicə ediblər, üç gün qalıb. Sonra nə qədər zəng etdik, telefona cavab vermədi. Bir nəfər gəlib dedi ki, restorandakı işçiniz rəhmətə gedib. Burada heç kimi yoxdur, ailəsinə xəbər verdim. İndi cənazəni Azərbaycana göndərməliyəm”. (oxu.az)

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X