No image
Cəmİyyət

Rəsmi maaş alanlara ŞAD XƏBƏR! — BUNDAN SONRA BELƏ OLACAQ...

Rəsmi maaş alanlara ŞAD XƏBƏR! — BUNDAN SONRA BELƏ OLACAQ...
 "İşsizlikdən sığorta haqqında” Qanuna əsasən, işəgötürən hər ay hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi miqdarında öz hesabına, 0,5 faizi miqdarında isə işçinin əmək haqqından məcburi işsizlikdən sığorta haqqı hesablayaraq tutmalıdır.


Sfera.az xəbər verir ki, hesablanmış məbləğ əmək haqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə Dövlət Sosial Müdafiə Fonduna ödəməlidir.


Həm sahibkarın, gəm də işçinin DSMF-yə ödədiyi vergi yüksək olduğundan, bəzən sahibkarlar işçini rəsmi şəkildə işə götürmürlər və ya işçilər rəsmi əmək müqaviləsindən imtina edirlər. Bəzi hallarda isə işçiyə verilən əmək haqqı əmək müqaviləsində daha az göstərilir. Bu isə həm də vergidən yayınma hallarına gətirib çıxarır. 


Yüksək vergi faizi işçi-sahibkar-dövlət münasibətlərinin qeyri-şəffaf şəkildə formalaşmasına gətirib çıxarır. 


İqtisadçı ekspert, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, yeni təstiq olunmuş vergi paketində bu problem öz həllini tapıb:


"Nəzərinizə çatdırım ki, 2019-cu ildən qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlar gəlir vergisindən tamamilə azad edilib. Ötən cümə günü isə parlamentdə yeni vergi güzəşti paketi təsdiq olundu. Sosial haqlar üzrə dərəcələr orta hesabla iki dəfə azaldıldı. Gəlir vergisi sıfırlanandan sonra əlavə 270 min yeni əmək müqaviləsi bağlanıb. Odur ki, bu problem artıq öz həllini tapıb". (redaktor.az)

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930