Cəmİyyət

Rəvan Bəşirov Hadı Rəcəbli ilə bağlı qərara görə təşəkkür etdi

Rəvan Bəşirov Hadı Rəcəbli ilə bağlı qərara görə təşəkkür etdi
74 saylı Lənkəran Kənd Seçki dairəsindən namizəd Rəvan Bəşirov özünün sosial şəbəkə hesabında ölkə prezidenti İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya və Mərkəzi Seçki Komissiyasının Sədri Məzahir Pənahova təşəkkür edib.
 
Sfera.az-ın məlumatına görə deputatlığa namizəd paylaşımında bunları bildirib:
 
"Hörmətli Prezident Cənab İlham Əliyev və hörmətli Birinci Vitse- Prezident Mehriban xanım Əliyeva, Mərkəzi Seçki Komissiyasının Sədri Məzahir Pənahov. Etdiyim müraciəti nəzarətə götürərək, 74 saylı Lənkəran Kənd seçki dairəsində seçkilər zamanı baş verən qanun pozuntularının aşkar edilib, dairənin nəticələrinin ləğv edilməsində göstərdiyiniz dəstəyə görə Sizə inanaraq seçkilərdə fəal iştirak etmiş bütün Lənkəranlılar adından və islahatlarınıza güvənərək namizədliyini irəli sürən şəxsim adından təşəkkürümü bildirirəm.
 
Sizin lənkəranlı namizəd Rəvan Bəşirov.”

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930