Maqazİn

Rəvan Qarayev: “Aliment ödəmirəm” - FOTO

Rəvan Qarayev: “Aliment ödəmirəm” - FOTO
 Evlənib-boşanması ilə gündəmə gələn müğənni Rəvan Qarayev verdiyi açıqlama ilə yenidən diqqətləri üzərinə çəkib.

Sfera.az xəbər verir ki, ATV-də yayımlanan "7 сanlı” axşam şousunda atası Elşad Qarayevlə birlikdə qonaq olan Rəvan ailəsi haqqında qalmaqallı açıqlama verib.

Verilişin aparıcısı Vüsalə Əlizadənin müğənniyə ünvanladığı "Nə qədər aliment ödəyirsən?” sualına Rəvan "Aliment ödəmirəm” cavabı verib. Bu cavabdan sonra isə sənətçi məsələni yumuşaltmaq üçün "Uşaqlarımın xərcləri həddindən artıq çoxdur. O üzdən aliment ödəmirəm” sözlərini əlavə edib.

Proqramın gedişatında R.Qarayev 4000-5000 manat arasında bütöv toyu apardığını etiraf edib.

Qeyd edək ki, müğənni R.Qarayev iki dəfə evli olub. Sənətçinin hər iki xanımdan bir qız övladı var. Qızlardan biri 12, digəri isə 7 yaşındadır.

Rəvanla ikinci həyat yoldaşı Günay Rəhimova ötən il qalmaqallı şəkildə boşanıblar. Günay Rəvanı aliment ödəməməkdən günahlandıraraq, bu haqda televiziya kanallarına geniş müsahibələr verib. Müğənni isə Günay Rəhimovanı yalan danışmaqda ittiham edib. (oxu.az)

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031