Sağlıq

Ürəyi məhv edən qidalar açıqlandı - Hər gün yeyirsiz

Ürəyi məhv edən qidalar açıqlandı - Hər gün yeyirsiz
 Rusiyanın tanınmış kardioloqu, tibb elmləri namizədi Anna Koreneviç ürəyi zamanla məhv edən yüksək qlisemik indeksli zərərli ərzaqların siyahısını təqdim edir.

Sfera.az bildirir ki, reytinqə ağ qənd, şəkər rəhbərlik edir. Təkcə qəndi birbaşa yemək yox, şəkər qatılan bir çox qidalar, xəmir məmulatları da bura daxildir.

İkinci yerdə ağ çörək, ağ düyü, qənnadı məhsulları, paketlənmiş qidalardır.
Menyuda bu ərzaqların çoxluğu ürək-damar xəstəliklərinə gətirib çıxarır.

Üçüncü yerdə duz gəlir. Onun sutkalıq norması 6 qramı aşmamalıdır.

Daha sonra alkoqol, fast food qidalar, trans yağlar və palma yağı gəlir.

Bu qidalarla böyüyən uşağın gələcəkdə 35 yaşından sonra ciddi ürək, qan damar xəstəlikləri başlayır. (medicina.az)

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930