AKTUAL

Rus nəşri Əliyevdən elə sözlər yazdı ki... – “Bu keyfiyyəti atasından alıb”

Rus nəşri Əliyevdən elə sözlər yazdı ki... – “Bu keyfiyyəti atasından alıb”
 Rusiyanın rosbalt.ru saytı Azərbaycan prezidentinin yeni seçilmiş Milli Məclis üzvləri qarşındakı çıxışından geniş məqalə dərc edib. Onu da öncədən qeyd edək ki, məqalədə bəzi subyektiv və qərəzli yanaşmalar da mövcuddur ki, bu da təəccüblü deyil.

Rusiya mediasında ermənipərəst qüvvələrin olduğu kiməsə sirr deyil və bu qüvvələr zaman-zaman müxtəlif KİV-lərdə qərəzli mövqelərini gizlədə bilmirlər.

Amma sözügedən məqalədə obyektiv yanaşmalar üstünlük təşkil edir. Bu baxımdan məqalədəki bəzi məqamları oxuculara təqdim edirik.

Məqalənin girişində müəllif İlham Əliyev haqqında belə yazır: «İlham Əliyev qorxmaz adamdır. Görünür, bu keyfiyyəti də hakimiyyəti kimi atası Heydər Əliyevdən alıb».

Rus KİV-i Azərbaycan prezidentinin Avropa qurumlarına xəbərdarlığına, Azərbaycan rəhbərinin prinsipial mövqeyinə xüsusi diqqət ayırır.

«Parlamentin iclasındakı çıxışında Azərbaycan prezidenti burnunu ölkəsinin işlərinə soxmağa cəhd edənlərə xəbərdarlıq etdi və bunun faydasız iş olduğunu söylədi» deyə, məqalədə bildirilir.

«Hansı inqilab kimə xeyir gətirib? Ancaq ziyan, ancaq problemlər, ancaq qarşıdurma və bu qarşıdurmalar davam edir”, deyə, məqalədə prezidentin çıxışından sitat gətirlir.

Müəllif yazır ki, qan-qada gətirən inqilabları yada saldıqdan sonra prezident İlham Əliyev Azərbaycandakı vəziyyəti digər ölkələrlə müqayisə etməyi təklif edir. Bildirilir ki, doğurdan da, az qala bütün dünyada iqtisadi böhran olduğu vaxtda yanvar-fevral aylarında Azərbaycanda Ümumi Daxili Məhsul 3 faiz, qeyri-neft sektorunda artım 22 faiz, əhalinin gəlirləri 9 faiz artıb, infilyasiya isə cəmi 2,8 faiz təşkil edib.

Koronavirusla bağlı Cənubi Qafqazda Azərbaycan ən yaxşı göstəriciyə malik olsa da, Prezidentin bu istiqamətdə də fəal iş apardığı, həkimlərin məvacibini artırdığı qeyd olunur. Yenidən siyasi bəyanatlara diqqət çəkən Rusiya nəşri dövlət başçısının Azərbaycan üzərində yeni məkrli planlarla bağlı dediklərini yada salır.

Prezidentin Azərbaycandakı sabit ictimai-siyasi vəziyyətə təhlükə törədəcək heç bir şərait olmadığını, anti-Azərbaycan qüvvələrin ölkə xaricində yeni "beşinci kolon” yaratmaq istədiklərini dediyi bildirilir. «Çünki indiki "beşinci kolon” öz sahiblərinin etimadını doğrultmur» deyə, Prezidentin çıxışından iqtibas gətirilir.

"Bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır», bəyanatına da toxunulur. Prezidentin «təzyiqlərin heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin», dediyi də rus oxucusuna təqdim edilir.

Yazıda Prezidentin Azərbaycana münasibətdə həm ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həm Avropa Parlamentinin qərəzli mövqeləri barədə dediklərinə də toxunulur. Bildirilir ki, Prezident İlham Əliyev Ermənistandakı 2018-ci il seçkilərinin kobud qanun pozuntuları və saxtakarlıqla keçirilməsinə baxmayaraq, ATƏT-in bu qanun pozuntularını görməzdən gəldiyini tənqid edib.

Avropa Parlamentinə 9 fevral seçkilərini izləmək üçün dəvət göndərilmədiyi halda, guya bu qurumun Bakıya gəlməkdən imtina etdiyini də tənqid edən Azərbaycan prezidentinin bunun yalan olduğunu dediyi vurğulanıb.(musavat.com)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930