Dünya

Rusiyada hökumət istefaya gedib

Rusiyada hökumət istefaya gedib
 

Rusiya hökuməti istefa verib.

Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Baş Naziri Dmitri Medvedev Prezident Vladimir Putinin Nazirlər Kabineti ilə görüşündə bildirib.

D. Medvedev qeyd edib ki, Prezidentin Konstitusiyaya dəyişiklər təklifi fonunda hökumətin hazırkı tərkibində istefaya getməsini düzgün hesab edir.

 

"Bu dəyişikliklər qəbul olunanda – çox güman ki, bu, müzakirələrdən sonra olacaq – təkcə Konstitusiyanın xeyli maddəsində deyil, bütövlükdə hakimiyyət balansında – icra, qanunvericilik, məhkəmə hakimiyyətində də dəyişikliklər baş verəcək. Bu kontekstdə aydındır ki, biz Rusiya Federasiyanın hökuməti kimi ölkə Prezidentinə bütün mümkün qərarları qəbul etmək imkanı yaratmalıyıq. Hesab edirəm ki, bu şəraitdə Rusiya Konstitusiyasının 117-ci maddəsinə uyğun olaraq Rusiya Federasiyasının hökumətinin hazırkı tərkibdə istefaya getməsi daha doğru olardı”, - deyə D. Medvedev vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin isə Medvedev hökumətinə fəaliyyətinə görə təşəkkür edib.

 

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930