Krİmİnal

Rusiyada meri belə güllələdilər - Video

Rusiyada meri belə güllələdilər - Video

Rusiyanın Kemerovo vilayətinin Kiselevsk şəhərinin eks-meri Sergey Lavrentyev öz evinin həyətində güllələnib.

Sfera.az xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Naməlum şəxslər S.Lavrentyevin yaşadığı Verx-Cumış qəsəbəsində yerləşən evinin həyətinə soxulublar. Eks-mer onlardan yalnız birini zərərsizləşdirə bilib. Digəri isə avtomobilə minərək hadisə yerindən qaçmağa müvəffəq olub. Atışma zamanı ev sahibi də ağır güllə yarası alıb və həyatını itirib.

"Çağırılmamış qonaqları”n həyətdə gəzişdiklərini mərhumun həyat yoldaşı görüb və ərinə bildirb. S.Lavrentyev evdən ov tüfəngi götürərək həyətə düşüb. Bir neçə dəqiqə sonra atəş səsləri eşidilib. Ərinin arxasınca həyətə enən qadın onun ölümcül yaralandığını, quldurlardan birinin isə öldüyünün şahidi olub.

Qeyd edək ki, S.Lavrentyev 16 il Kisilevsk şəhərinin meri olub.(yeni sabah)

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031