Sİyasət

Rusiyalı deputatlar və ekspertlər Ağdama gəliblər

Rusiyalı deputatlar və ekspertlər Ağdama gəliblər
Rusiyalı deputatlardan və ekspertlərdən ibarət nümayəndə heyəti Azərbaycanın Ağdam şəhərinə gəlib.
 
Sfera.az xəbər verir ki, nümayəndə heyətinə Rusiya Dövlət Dumasının "Vahid Rusiya” partiyasından olan deputatı Oleq Valençuk, deputat Sergey Kalaşnikov, Rusiyanın Liberal Demokrat Partiyasının Dövlət Dumasındakı fraksiyası rəhbərinin müşaviri Sergey Voronin, "Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, jurnalist, yazıçı və publisist Dionis Kaptar, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov və başqaları daxildir.

Səfər zamanı onlar 30 illik erməni işğalı zamanı Ağdam şəhərində törədilmiş dağıntıların miqyası ilə tanış olacaqlar./Report

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31