No Image
No Image

Rusiyalı ekspert: "Mübariz Mənsimovun vergi cinayətləri təsirsiz ötüşməyib"

Rusiyalı ekspert:

"Rusiya və bu ölkənin şirkətləri Mübariz Mənsimovun oğurladığı vəsaitlərin qaytarılmasını tələb edə bilər".

Bunu "Report”a rusiyalı politoloq Yevgeniy Mixaylov Türkiyədə azərbaycanlı iş adamı Mübariz Mənsimovun həbs edilməsini şərh edərkən deyib.

"Məlum olduğu kimi, Rusiyanın səbri çoxdur, amma bir gün qanunları pozaraq dövlətdən milyardlarla vəsait oğurlayanlar layiqli cəzalarına çatırlar. Mübariz Mənsimovun da iri məbləğdə törətdiyi vergi cinayətləri nə onun özü üçün, nə də Rusiya büdcəsi üçün təsirsiz ötüşüb. Yəqin ki, onun Türkiyədə saxlanılması həm də Moskvadan göndərilmiş sorğu əsasında ola bilər. Əgər belə olubsa, Rusiya tərəfi çox güman ki, onun ölkəmizdə də törətdiyi vergi cinayətlərinə dair çox sayda təkzibolunmaz dəlilər təqdim edib”.

 

Mübariz Mənsimov

 

Rusiyalı politoloq onun daha əvvəl çalışdığı Rostov-Don şəhərində M.Mənsimova məxsus şirkətlərdən birinin qeydiyyatda olduğunu bildirib: "2012-2013-cü illərdə Rusiyada iş adamları kütləvi şəkildə vergidən yayınmaq üsullarından yararlanırdı. İndi də bütün bunlar məntiqi nəticəyə gətirib çıxarır. Türkiyəli iş adamı da sadəcə vəziyyəti başa düşməyib və məncə, yerinə yetirə bilməyəcəyini bilə-bilə öhdəliklər götürüb, yəni açıq-aşkar dələduzluqla məşğul olub”.

O, hazırda Rusiya ilə Türkiyə hüquq-mühafizə orqanları arasında qarşılıqlı əməkdaşlığın olduğunu söyləyib: "Bu halda iş adamının Rusiyaya təhvil veriləcəyi inandırıcı görünməsə də, şübhə etmirəm ki, Türkiyə tərəfinin xoş məram göstərəcəyi halda həm ölkəmizin, həm də aldadılmış şirkətlərin pulları qaytarıla bilər. Ölkələrimizin prezidentləri də dəfələrlə sübut ediblər ki, Rusiya ilə Türkiyə uzunmüddətli əməkdaşlığı qarşıya məqsəd qoyublar”.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Lukaşenkonun rəqibi Belarusa qayıtmağa qorxur – “Navalnının başına gələnlər...”

Tixanovskaya Navalnının başına gələnlərdən sonra Belarusa qayıtmaqdan qorxur. Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya respublikay...

Azərbaycanda yeni QADAĞA TƏTBİQ OLUNACAQ - İyulun 1-dən...

"Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən, həmin Qanunun 46-cı maddəsində qalınlığ...

Jurnalistlər binasından verilən 20 mənzil geri alınacaq – Siyahı hazırlandı

Prezidentin Jurnalistlər üçün tikdirdiyi binada ev bölgüsündə ciddi qanun pozuntularına yol verildiyi sübut olunub. Sfera.az bildirir ki, "Bakupost.az"-a ...

Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin əvəzinə başqa iynə vurulub? - TƏBİB-dən iddialara CAVAB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə səhiyyə naziri Oqtay Şirəliyev və TƏBİB rəhbəri Ramin Bayramlının inyeksiya zamanı şprisdə ...

Bulvarda heyrətləndirən mənzərə: Xəzərdəki bu vəziyyət nədən xəbər verir? - VİDEO

Xəzər dənizinin suyu azalır və bu azalma hər ötən il bir az da artır. Dənizkənarı bulvardan Xəzəri izləmək kifayətdir ki, hazırkı vəziyyətin nə yerdə olduğunu a...

Makron Ərdoğana məktubunda nə yazıb? – MƏTN

Ötən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ictimaiyyətə Fransa Prezidenti Emmanuel Makronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankara ilə ...