No Image
No Image

Rusiyalı politoloq: “Fransa ATƏT-in Minsk qrupundan çıxarılmalıdır”

Rusiyalı politoloq: “Fransa ATƏT-in Minsk qrupundan çıxarılmalıdır”
"Rusiya, Azərbaycan və Ermənistan arasındakı üçtərəfli razılaşma Türkiyə, Rusiya və İranın sənət əsəridir. Mənim anlayışıma görə, bu həm Azərbaycanın, həm Rusiyanın, həm Türkiyənin, həm də İranın qələbəsidir. Bu müharibə əvvəlcədən yalnız Azərbaycanla Ermənistan arasındakı müharibə deyildi. Bu münaqişə əvvəldən beynəlxalq statusa sahib idi. Əlbəttə, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləridir, amma mənim üçün onlar nizamlama prosesinə kömək etmirdi, ziyan vururdu. Onlar qəsdən prosesi uzadırdılar”.

Sfera.az xəbər verir ki, bu fikirləri şərqşünas-türkoloq Yuri Mavaşev deyib.

"Çox şadam ki, Rusiya, Türkiyə və İran müstəqil oyunçular olaraq üzərlərinə məsuliyyət və öhdəliklər götürdülər. Azərbaycan da özünü çox məsuliyyətli oyunçu kimi göstərdi. Azərbaycan Xankəndinə də daxil ola, hərbi əməliyyatları davam etdirə və müharibəni bitirə bilərdi. Müharibə uzağı iki həftəyə bitərdi. Ancaq Azərbaycan rəhbərliyi Rusiyada hamımızın güvəndiyimiz müdrikliyi göstərdi. Əmin idik ki, Azərbaycan hansısa etnik təmizləmə, soyqırımı ilə ittiham oluna biləcək addımlardan çox uzaq olduğunu sübut edəcək. Bütün bu deyilənlər yalandır. Azərbaycan yalnız düşməni döyüş meydanında məğlub etmədi, həm də Fransa və ABŞ tərəfindən ona qarşı yönələn bütün ittihamları alt-üst etdi”, - o bildirib.

Politoloq Fransa Senatının Qarabağla bağlı qətnamə qəbul etməsindən də danışıb: "Fransa ATƏT-in Minsk qrupundan çıxarılmalıdır. Özü də Azərbaycanın bunu etmək hüququ var. Hesab edirəm ki, Rusiya, qeyri-rəsmi şəkildə olsa belə, Azərbaycanı Fransanın Minsk formatından xaric edilməsi qərarında dəstəkləməlidir”.

Y.Mavaşev müharibənin əvvəlindən Fransa rəhbərliyinin işğalçı rejimin tərəfində olduğunu vurğulayıb: "Fransa müharibə boyu Ermənistanı dəstəklədiyini nümayiş etdirdi. Fransanın ünvanına, o cümlədən Azərbaycandan da çoxlu siqnallar var idi. Fransa təkcə ATƏT-in Minsk qrupunun üzvü deyil, həm də həmsədr ölkədir və buna görə məsul dövlət olmalıdır. Fransa kimi məsuliyyətsizlik edən ölkələrin olması isə üzücüdür”.

Ekspert həmçinin Ermənistanın məğlubiyyətini etiraf etmək istəməməsi mövzusuna da toxunub: "Ermənistanda heç bir siyasi qüvvə "Biz bu müharibəni uduzduq” deyə bilməz. Hətta SSRİ ilə ABŞ arasında oynamağa başlayıb təslim olmaq prosesini təxirə salmağa imkanı olan Almaniya belə məğlubiyyətini etiraf etmişdi. Bunlar müqayisə edilə bilən şeylərdir. Məğlubiyyəti etiraf etməyi bacarmaq lazımdır. Bu, dövlətin ləyaqətini göstərir. Bu, qəbul edilmirsə, vətəndaşlar qarşısında bunu deməyə güc yoxdursa, ilk növbədə, bu o deməkdir ki, Ermənistanın gələcəyi yoxdur”.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bayramov Fransanın dövlət katibi ilə görüşdü

Yanvarın 26-da Xarici İşlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məs...

Politoloq: "Ölkəmiz Njdenin abidəsini darmadağın etmək gücünə malikdir"

Ermənilər Ağdərədə faşist ideologiyasına xidmət edən Qaregin Njdenin heykəlini açmağa hazırlaşırlar. Sfera.az xəbər verir ki, bu barədə məlumat Telegram k...

AŞPA-nın Qarabağ qətnaməsinə XİN-dən – REAKSİYA

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin 2020-ci il üzrə hesabatında Qarabağla bağlı qəbul etdiyi qətnamədə Ermənistan və Azərbayca...

Ekspert yeni nazirdən danışdı: "Uzun müddət onun rəhbərlik etdiyi şöbə..."

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz nəqliyyat, rabitə və yüksək texnol...

Prezidentin İşlər İdarəsinə hansı əmlaklar və təşkilatlar tabedir? - SİYAHI

Ramin Quluzadənin rəhbərlik edəcəyi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatlar var. Sfera.az həmin qurumların siyahısını ...

Faiq Quliyev yaponiyalı həmkarı ilə görüşdü

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev yaponiyalı həmkarı İmamura Akira ilə görüşüb. Sfera.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən...