Dünya

Rusiyaya daha bir zərbə İsveçdən gəlir – Sanksiya hazırlığı

Rusiyaya daha bir zərbə İsveçdən gəlir – Sanksiya hazırlığı
Çex Respublikasından sonra İsveç də Rusiyaya qarşı sərt tədbirlər planlaşdırır.

Sfera.az Rusiya mətbuatına istinadla xəbər verir ki, İsveçin millət vəkili Hans Vallmark, Xarici işlər naziri Ann Lindeyi Çexiya ilə həmrəylik əlaməti olaraq Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə çağırıb.

Xarici işlər nazirinə müraciətində millət vəkili Stokholmun diplomatik qalmaqala "təmkinlə” reaksiya verdiyini və Praqanın Moskvanın əleyhinə "kollektiv həmrəylik aksiyası” keçirmək xahişini təmin etməyə tələsmədiyini qeyd edb.
 
"İsveç tərəfindən  də  Rusiya səfirliyi əməkdaşlarına qarşı yönəlmiş tədbirlərin həyata keçirilməsinə və ya AB daxilində bu sahədə fəaliyyətlərin əlaqələndirilməsi cəhdlərinə dair heç bir işarə yoxdur", - deyə deputat vurğulayıb.
 
Qeyd edək ki, az əvvəl Rusiya Xarici İşlər Nazirliyi Rusiyaya girişinə qadağa qoyulmuş AB  üzvü olan səkkiz ölkə vətəndaşının adlarını açıqladı. Siyahıya həmçinin Avropa Parlamentinin sədri David Maria Sassoli, Avropa Komissiyası Dəyərlər və Şəffaflıq üzrə Komissiya sədrinin müavini Vera Yurova və AŞPA-dakı Fransa nümayəndə heyətinin üzvü Jak Mer də daxil edilib.
 
Buna cavab olaraq, İsveç Xarici İşlər Nazirliyi Rusiya səfirinə protest elan edib. Stokholm hesab edir ki,  bu məhdudiyyətlər  əsaslandırılmayıb, hüquqi baxımdan aydın deyil  və siyasi motivləri ifadə edir.
 
Moskva AB-nin 2 və 22 martda altı Rusiya vətəndaşına qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq belə bir qərar verib. Siyahıya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin, Rusiya Qvardiyasının direktoru Viktor Zolotovun, Baş Prokuror İqor Krasnovun və Federal Penitensiar Xidmətin rəhbəri Aleksandr Kalaşnikovun adları daxildir.
 
Xatırladaq ki, aprelin ortalarında Çex Respublikası Rusiya xüsusi xidmət orqanlarını 2014-cü ildə Vrbetitsadaki sursat anbarında baş verən partlayışı təşkil etməkdə günahlandırmışdı. Sözügedən partlayış iki nəfərin ölümü ilə nəticələnmişdi.   İttihamın ardınca Rusiya səfirliyinin bir sıra əməkdaşı Praqadan qovuldu. Bu isə öz növbəsində Rusiya tərəfdən cavab tədbirlərinə səbəb oldu və diplomatik qalmaqal yaradıb. 
 
Moskva bütün ittihamları rədd edərək, onları absurd və əsassız adlandırıb.
 
Selcan
Sfera.az
 

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31