Cəmİyyət

Saat 17:00-a olan seçici fəallığı: 44, 84 faiz

Saat 17:00-a olan seçici fəallığı: 44, 84 faiz
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 2389754 nəfər səs verib və seçici fəallığı 44.84 faiz olub.

Qeyd edək ki, Milli Məclisə seçkilərə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930