Cəmİyyət

Sabah Baş nazir həftəsonu məhdudiyyətlərinin detallarını açıqlayacaq

Sabah Baş nazir həftəsonu məhdudiyyətlərinin detallarını açıqlayacaq
 "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) başda olmaqla ekspertlər, infeksionistlər mövcud vəziyyətlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ediblər”.

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Ola bilsin ki, cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam qapadılma, məhdudlaşdırma, hərəkətin məhdudlaşdırılması, fərdi avtomobillərin küçəyə çıxması qadağan olunsun, mağazalar bağlansın və hərəkətin tam məhdudlaşdırıldığı bir rejim yaradılsın. Bunun detalları ilə bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun sabah müraciəti olacaq. Baş Nazirin çıxışında bu məsələlər detallı şəkildə elan ediləcək”, - o bildirib. 

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031