Maraqlı

ŞAD XƏBƏR: Artıq 20-dən çox ölkə koronavirusa qalib gəlib, xəstə sayı sıfırdı- SİYAHI

ŞAD XƏBƏR: Artıq 20-dən çox ölkə koronavirusa qalib gəlib, xəstə sayı sıfırdı- SİYAHI
 

Kiprin ardınca daha bir ölkə xəstəxanada COVID-19-a yoluxan xəstə qalmadığını elan edib.  Avropada yerləşən Monteneqroda artıq sonuncu xəstə də xəstəxanadan evə buraxılıb. Ümumiyyətlə isə ölkədə 324 nəfər yoluxub ki, onlardan 9-u vəfat edib. 315 xəstə isə sağalaraq evə buraxılıb. Ölkə son xəstənin də artıq evə göndərildiyi və yeni yoluxmanın qeydə alınmadığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Monteneqronun göstəricisi sıfırlanıb.

Ümumilikdə isə nəticəsi sıfırlanan ölkələr bunlardır: Sent-Bartelemi, Folklend Adaları, Qrelandiya, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Şərqi Timor, Kamboca və Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Qrinland, Seyşel Adaları, Makao- Müqəddəs Kitts və Nevis və Trinidad, Müqəddəs Lüsiya, Tobaqo.

ÜST-ün məlumatına görə, dünyada 5,5 milyon insan virusa yoluxub.

 

(cebhe.info)


 

 

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031