Cəmİyyət

ŞAD XƏBƏR! Karantin rejimi təyin olunan vaxtdan tez bitə bilər - AÇIQLAMA

 ŞAD XƏBƏR! Karantin rejimi təyin olunan vaxtdan tez bitə bilər - AÇIQLAMA
 

Dünən koronavirusa yoluxanların sayı 104-dən 65-ə düşüb. Əgər koronavirusa yoluxanların sayı azalma dinamikası ilə davam etsə, karantin rejimi mayın 31-dən tez bitə bilərmi?

Sfera.az xəbər verir ki, bununla bağlı danışan deputat Aydın Mirəzazadə bildirib ki, karantinlə bağlı bütün qərarlar yoluxma dinamikasına görə müəyyən edilir:

"Azərbaycanın böyük ərazisində yeni yoluxma olmadığına görə karantin rejimi götürüldü. Hesab edirəm ki, atılan addımlar buna uyğun atılacaq. Bu məsələdə dövlətin atdığı addımlarla yanaşı sosial məsuliyyət məsələsi gündəmdə olmalıdır. Ehtiyac olmadan çölə çıxılmasa, insanlar tərəfindən sosial məsafə saxlanılsa, qoruyucu tibbi maska, əlcəklərdən itifadə edərək gigyenik qaydalara riyaət etsək, koronavirusla bağlı elan olunmuş karantin rejim gözləniləndən də tez bitə bilər. Operativ Qərargahın verdiyi məlumatlara görə bütün statistikalar araşdırılır, karantin rejiminin yumşaldılması və aradan qaldırılma məsələsi gündəmdədir. Düşünürəm ki, yoluxmaların sayı minimuma düşsə, ölkədə elan olunmuş karantin rejim təyin olunan vaxtdan da tez bitə bilər". (sonxeber.az)

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031