Cəmİyyət

Şahin Seyidzadə seçicilərə müraciət etdi - VİDEO

Şahin Seyidzadə seçicilərə müraciət etdi - VİDEO
50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizəd Şahin Seyidzadə seçicilərinə müraciət edib.
 
Sfera.az həmin müraciəti təqdim edir:

"1999-cı ildən bəri ölkəmizdə ictimai fəal, cəmiyyətdə aktiv olan fərqli insanlarla, uşaq, gənc, valideyn, müəllim, müxtəlif təşkilat və biznes mühitində olanlarla ünsiyyətdəyəm. Yəni geridə qoyduğumuz 3 həftə bu ünsiyyətin başlanğıcı yox, mənim daima gördüyüm işin məntiqi ardıcıllığı idi.
 
Nəticədən asılı olmayaraq, işimə davam etmək və vətəndaşlar ilə ünsiyyətdə olmaq əsas amalım olaraq qalacaq.
 
Bu vaxt ərzində Abşeron-Qobustan seçki dairəsindən olan seçicilərlə daha yaxından tanış oldum. Artıq məndə ilkin təsəvvür və necə addımlar atmalı olduğum barədə fikirlər yarandı. Bunların SÖZDƏ yox, ƏMƏLDƏ olması üçün səylər göstərəcəm.
 
Bu 3 həftə mən və komandamız üçün ən yaxşı, həmçinin faydalı olan 3 həftə oldu. Bunun belə olmasında iştirak edən seçicilər, məni dəstəkləyən və bu yolda mənimlə bir olanlara təşəkkür edirəm! Sonda isə, hər bir vətəndaşı səsvermədə iştirak etməyə səsləyir, seçkidə fəal olmağa çağırıram.
 
Öz seçiminizi edin və seçimsiz qalmayın!"
 

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031