No image
Hadİsə

Şamaxı-İsmayıllı yolu bağlandı: yüzlərlə MAŞIN VƏ İNSAN YOLDA QALDI - FOTOLAR

Şamaxı-İsmayıllı yolu bağlandı: yüzlərlə MAŞIN VƏ İNSAN YOLDA QALDI - FOTOLAR
 Bu gün axşam saatlarında İsmayıllı rayonu ərazisinə yağan güclü leysan nəticəsində sel suları fəsadlar törədib.

 

Sfera.az apa-ya istinadən xəbər verir ki, bir neçə saat davam edən leysan yağışdan sonra dağlardan gələn sel Şamaxı-Muğanlı-İsmayıllı yolunun Diyallı və Talıstan kəndləri ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinlik yaradıb.

 

Magistral yoldakı su ötürücüləri lil və çöküntülərlə dolduğu üçün yolu sel basıb. Sel sularının dağlardan gətirdiyi iri daşlar, ağac kötükləri və lil qatı yolun bağlanmasına səbəb olub. Nəticədə Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Şəki istiqamətində və geriyə hərəkət edən yüzlərlə avtomobil yolda qalıb. Sel suları avtomobillərin içərisinə dolub.

 

Hazırda İsmayıllı rayon yol-istismar idarəsinin texnikaları əraziyə cəlb olunub, yolun açılması və nəqliyyatın hərəkətinin bərpası üçün işlər görülür.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930