Cəmİyyət

Samux rayonunda " Vətən Sərhəddən Başlayır Layihəsi" adlı layihənin açılış tədbiri baş tutub

Samux rayonunda
 
Samux rayonunda Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Samux Rayon təşkilatının ev sahibliyi ilə birgə keçirilən " Vətən Sərhəddən Başlayır "adlı layihənin açılış təqdimatı baş tutub.
Açılış təqdimatında Samux Rayon İcra Hakimiyyətinin Başcısı cənab Alı Qocayev, Yeni Azərbaycan Partiyası Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon Gənclər və İdman idarəsinin rəisi Rəşad Qarayev, Gəncə Şəhər Gənclər və İdman idarəsinin rəisi Müşfiq Cəfərov,Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov,  Samux Rayon Heydər Əliyev Mərkəzinin müdiri Nuranə Həsənova Gəncə Dövlət Universitetinin Kimya- Biologiya fakültəsinin dekanı Isfəndiyar Alverdiyev Gəncə Dövlət Universitetinin TGT-nın sədri Orxan Məmmədov, Gəncə Maarif Evi İctimai birliyinin icraçı direktoru İmamverdi Vəliyev, Gəncə Dövlət Universitetinin Ümumi Tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov və digər qonaqlar iştirak ediblər. "Vətən Sərhəddən Başlayır"Layihəsinin rəhbəri, TGT üzrə fakültə sədri, "BİR" Tələbə- Könüllü Proqramının Gəncə regionu üzrə koordinatoru Nərminə Cəfərova bildirib ki, layihənin keçirilməsində məqsəd müharibə şəraitində yaşayan ölkə olaraq gənclərin xalqa, vətənə , millətə baglılıqlarının artırılması, vətənpərvərlik ruhunun aşılanması, informasiya müharibəsində gənclərin daha da yaxından iştirakının təmin olunması,onların asudə vaxtlarının səmərəli təşkil edilməsi ümumilikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdan ibarətdir.Layihə çərçivəsində inşa və rəsm müsabiqələrinin, təlimlərin, seminarların keçirilməsi layihənin əsas məqsədlərindən biridir. Həmçinin gənclər bu cürə təlimlərdən zəngin informasiyalar alacaqlar. Tarix yazan şəhidlərimizin, qəhrəmanlarımızın ölməzliyi qorxmazlığı milli ideologiyaya əsaslanan mənəvi dəyərlərin aşılanması, təbliğ edilməsi, qorunması barədə seminarlar və yarışlar təşkil olunacaq. Müsabiqənin qalibləri mükafatlandırılacaq eyni zamanda yeni biliklər alacaqlar.Layihənin sonunda iştirakçılar sertifikatla təltif olunacaqlar.
#AzGF #GenclerFondu #Vətən #VətənSərhəddənBaşlayır #YapSamux

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930