Cəmİyyət

Seçki günü məşhur olan ağsaqqal haqda maraqlı faktlar - Fotolar

Seçki günü məşhur olan ağsaqqal haqda maraqlı faktlar - Fotolar
9 Fevral tarixində ölkəmizdə keçirilən növbədəkənar parlament seçkilərində ən biabırçı hadisə 47 saylı Mingəçevir Seçki Dairəsində yaşandı.
Sfera.az "Yeni Sabah"-a istinadla xəbər verir ki, həmin dairənin 21 saylı məntəqəsinin rəsmi üzvü Mahir Eyyubov müşahidəçilərin gözü qarşısında topa bülleteni qutuya salarkən kameralara tuş gəldi. Onun həmin görüntüsü sosial şəbəkələrdə ən çox yayılan və müzakirə edilən foto oldu.
Məlumata görə, M. Eyyubov rayonda YAP fəallarından biridir və həmçinin həmin DSK-nın sədri Oktay Məmmədovun yaxın adamıdır. Məlumatda M. Eyyubovun YAP Mingəçevir Şəhər Təşkilatının fəal üzvü və Cavanşir Yusubovun ən yaxın dostu olduğu qeyd edilir. Mahir Eyyubov mütəmadi olaraq Mingəçevir Şəhər İcra başçısnın və Mingəçevir YAP təşkilatının rəsmi tədbirlərində ön sırada əyləşib və söz sahibi olub.
Sözügedən tədbirlərdən olan fotoları təqdim edirik:
 

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930