Cəmİyyət

“Sədərək” ticarət mərkəzinin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA

“Sədərək” ticarət mərkəzinin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
 "Qaydaları pozan müəssisələr, hüquqi şəxslər barədə müvafiq inzibati tədbirlərin görülməsi müzakirədədir və yaxın günlərdə açıqlanacaq”.

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, iri ticarət mərkəzlərinin daxilində fərdi mağaza sahibləri, fərdi sahibkarlıq subyektləri sosial məsafəyə və maskalardan istifadə edilməsinə ciddi diqqət etməlidir.

"Qaydalara riayət etməyənləri inzibati məsuliyyət gözləyir. "Sədərək” ticarət mərkəzində fəaliyyətin bərpası da bizi narahat edir. Orada çalışanlar, vətəndaşlar qaydalar çərçivəsində hərəkət etməlidir”.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031