Cəmİyyət

Şəhidlərimizdən birinin adı məlumdur - Fotolar

Şəhidlərimizdən birinin adı məlumdur - Fotolar
Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Sfera.az "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, şəhid olanlardan biri Sadıqov Vüqar Lətif oğludur. 1987-ci təvəllüdlü V.Sadıqov Ağstafa rayonunun Göycəli kəndində anadan olub. Məlumatı saytımıza açıqlamasında kənd nümayəndəsi Əhmədov Yasin də təsdiqləyib. Şəhid gizirimizin nəşi hələ ki, doğulduğu kəndə gətirilməyib.

Qeyd edək ki, V.Sadıqov ailənin tək oğlu olub. Şəhidimiz ailəli olub, 3 övladı var.

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31