No Image
No Image

Şəhidlərin qırxı çıxmamış toy edən məşhur iş adamı kimdir? – FOTO

Şəhidlərin qırxı çıxmamış toy edən məşhur iş adamı kimdir? – FOTO
Dünən Azərbaycanda tətbiq olunan karantin rejimi ilə əlaqədar qoyulan qadağalara baxmayaraq, bir neçə toy məclisinin keçirilməsi ilə bağlı xəbər vermişdik.

Sfera.az xəbər verir ki, həmin toy məclislərindən birini "Şərurlu İsfəndiyar” kimi tanınan, məşhur tikinti maqnatı İsfəndiyar Axundov təşkil edibmiş. Dünən iş adamının qardaşı İmran Axundovun oğlu Məhəmməd Axundov ailə həyatı qurub.

Məlumata görə, toyda yalnız qohumlar və bəyin yaxın dostları iştirak edib. Dünən yayılan videogörüntülərin isə həmin toya aid olub-olmadığı dəqiq bilinmir. Görüntülərin Məhəmməd Axundovun toyuna aid olduğu ona görə iddia olunur ki, toy Şərurda baş tutub. Amma ailəni yaxından tanıyan şəxslərin dediyinə görə, M.Axundov dindardır və onun toyunda bu cür musiqinin olması inandırıcı deyil.

Bu gün Şərurda təşkil olunan toyla bağlı rəsmi məlumat da yayılıb. Məlumatda toy təşkilatçılarının saxlanıldığı qeyd olunsa da, toy sahibinin kimliyi açıqlanmayıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları paytaxt Bakıda toy məclisi keçirənləri də müəyyənləşdirib. Rəsmi məlumat yayıldıqdan sonra həmin görüntülərin kimin toyuna aid olduğu, eləcə də Axundovların toy məclisinin harada keçirildiyi məlum olacaq.

Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə də ciddi etirazlarla qarşılanıb. Bu etirazlar isə təkcə karantin qaydalarının pozulması ilə bağlı deyil.

Etiraz edənlər toy sahiblərini daha çox şəhidlərimizin "qırx” mərasimlərinin çıxmasını gözləmədən şadyanalıq etdiklərinə görə tənqid ediblər.(Bakipost)


Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qarabağdakı rusiyalı hərbçilər antiterror təlimi keçirlər

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları ərazidəki müdafiə-müşahidə məntəqələrində müntəzəm olaraq təlimlər keçirlər. Sfera.az xəbə...

Vətən Müharibəsi Memorial Kompleksinin konsepsiyasının təqdimatı olub - FOTO - VİDEO

Vətən Müharibəsi Memorial Kompleksinin konsepsiyasının təqdimat mərasimi keçirilib. Sfera.az xəbər verir ki, "İstiqlal Zirvəsi” adlanan layihənin konsepsi...

Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi - Azərbaycanlı öldürüldü

Qvineya körfəzində Türkiyəyə məxsus "Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib. Sfera.az xəbər verir ki, gəmiyə daxil ...

Ermənilər qızıl tapmaq üçün... - Zəngilan qəbiristanlığından şok görüntülər

Yolumuz qədim odlar yurdunun müqəddəs diyarına - Zəngilanadır! Bakıdan Zəngilana uzanan kilometrlərlə yolu bir qədər həyəcan, sevinc, bir az tələskənlik r...

“Post-Putin dönəminə aktiv hazırlıq gedir” – Rusiyada sensasion gəlişmə

"Rusiyada post-Putin dönəminə aktiv hazırlıq gedir”. Sfera.az xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib. Partiya yetk...

Ermənistanı DƏHŞƏTLİ GÜNLƏR gözləyir - Azərbaycan buna hazırlaşır

"Böyük bir müharibə mənzərəsi bölgəmizi təqib edir, amma başlayanda hədəf kim olacaq - Rusiya və ya İran, hələ də aydın deyil. Hər halda, Ermənistan döyüş əməli...