Krİmİnal

Şəkidə evdən qızıl və pul oğurlayan gənc saxlanıldı - FOTO

Şəkidə evdən qızıl və pul oğurlayan gənc saxlanıldı - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) ərizə ilə müraciət edən şəhər sakini yaşadığı evdən qızıl-zinət əşyaları və pulun oğurlanması barədə məlumat verib.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən 18700 manat dəyərində qızıl sikkələrin və 3100 ABŞ dollarının oğurlandığı müəyyən olunub.

 

Şəki ŞRPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən - Şəki şəhər sakini, 19 yaşlı Abdullətif Əliyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızılların bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. A.Əliyevin digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır. (oxu.az)

 

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930