Hadİsə

Şəkidə güclü külək fəsadlar törətdi - VİDEO

Şəkidə güclü külək fəsadlar törətdi - VİDEO
 Şəkidə güclü külək irigövdəli ağacı aşırıb.
 
Sfera.az "APA TV"yə istinadən xəbər verir ki, ötən gün axşam saatlarından başlayaraq Şəki rayonu ərazisində fasilələrlə güclü külək müşahidə edilir. Bu gün səhər saatlarında isə şəhərin Sabir Rəhman küçəsində, 8 saylı məktəbin qarşısındakı irigövdəli çinar ağacı kökündən çıxaraq aşıb.
 
Nəticədə məktəbin divarı 25 metrə qədər məsafədə uçub. Qeyd edək ki, güclü küləklə əlaqədar elektrik təchizatında da fasilələr olub. Artıq davamlı elektrik təchizatı üçün tədbirlərə başlanılıb, axşam saatlarına qədər elektrik enerjisinin verilməsi tam bərpa ediləcək.
 
 

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031