Cəmİyyət

Şənbə və bazar günləri bu şəxslərə qadağalar olmayacaq - RƏSMİ

Şənbə və bazar günləri bu şəxslərə qadağalar olmayacaq - RƏSMİ
 "Şənbə və bazar günü həyati vacib sahələrin çalışması nəzərdə tutulur".

Sfera.az xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə TƏBİB-in İdarə Heytəinin sədri Ramin Bayramlı bildirib:
 
"O cümlədən qəza xidməti sahələri, təcili tibbi yardım və stasionar tibbi xidmət göstərən tibb müəssiələrimizin işi və elə istehsalat sahələri var ki, onların fasiləsiz işləməsi zəruridir, bununla bağlı qərar sabah məlumat veriləcək. Bu zəruri sahələrdə fəaliyyət göstərən məhdud sayda vətəndaşlarımıza SMS vasitəsilə çıxmağa icazə veriləcək.Ancaq bu əvvəlki kimi SMS-lə çıxmaq deyil. Biz sərt karantin rejimində olduğu kimi, SMS vasitəsilə müəyyən ehtiyaclar üçün küçəyə çıxa bilirdik. Amma bu ehtiyaclar bu gün axşam, sabah və cümə günü tamamilə həll olunmalıdır. Yalnız xüsusi sağlamlıq vəziyyətlərində və tibb müsəsisələrinə müraciət olunması zəruri hallarda icazə veriləcək. Zəruri həyati vacib xidmət sahələrində çalışan vətəndaşlarımıza icazə veriləcək. İctimai və şəxsi nəqliyyatın tam qapadılması nəzərdə tutulur. Onlardan istifadə etmək mümkün olmayacaq. Yalnız qeyd etdiyim həyati vacib zəruri sahələrdə çalışan şəxslərə istisnalar ola bilər".

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031