“Sərdar Cəlaloğlu darıxdığından belə danışır...” – Deputatlar “Azərbaycan Türk Respublikası” ideyası haqda nə düşünür?

“Sərdar Cəlaloğlu darıxdığından belə danışır...” – Deputatlar “Azərbaycan Türk Respublikası” ideyası haqda nə düşünür?

"Ölkə daxilində əlavə təlatüm yaratmağa ehtiyac yoxdur. Onsuz da Azərbaycan deyiləndə bilinir ki, bura türk dövlətidir”.


Sfera.az-a açıqlamasında bu sözləri ADP sədri Sərdar Cəlaloğlunun dövlət adının dəyişdirilərək "Azərbaycan Türk Respublikası” adlandırılması təklifini dəyərləndirən millət vəkili Fazil Mustafa deyib:


"Əslində ideyanın gündəmə gətirilməsinə və bu kimi təkliflərə normal baxıram. Amma qəbul etmək lazımdır ki, respublikanın adında dəyişiklik edəcəyiksə, nə referendum keçirməyə, nə də nəticələri BMT-də təsdiqlətməyə imkanımız yoxdur. Bu səbəbdən indiki məqamda məsələnin gündəmə gətirilməsi uyğun deyil. Koronavirus dövründə bu məsələni müzakirə etməyimiz ən azından mümkünsüzdür. Digər tərəfdən isə bu ölkə daxilində əlavə təlatüm yarada bilər. Onsuz da Azərbaycan deyiləndə bilinir ki, bura türk dövlətidir. Bu mənada "türk” adının dövlətin adının qarşısında qeyd edilməsinin hansısa bir dəyişiklik yaradacağını düşünmürəm. Gələcəkdə ideyanı qaldırmaq olar”.

 

Millət vəkili Asim Mollazadə isə təklifi qeyri-ciddi sayır. O hesab edir ki, görünür, təklif müəllifi darıxdığından ağlına bu cür idayelar gəlir: "Heç bir dəyişikliyə getmək lazım deyil. Fikrimcə nə himnlə, nə də digər dövlət simvolları ilə bağlı hansısa bir dəyişikliyə lüzum yoxdur”.

 

 

Elçin

Sfera.az

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031