Dünya

Sergey Lavrov Donald Trampla görüşəcək

Sergey Lavrov  Donald Trampla görüşəcək
 

ABŞ prezidenti Donald Tramp dekabrın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edəcək.

Sfera.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.

Mənbə qeyd edib ki, S.Lavrov ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşəcək. D.Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayen ABŞ prezidentinin rusiyalı naziri qəbul edəcəyini istisna etməyib.

Qeyd edək ki, D.Trampla S.Lavrov arasında ilk görüş 2017-ci ilin mayında Vaşinqtonda olub.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031