Sİyasət

Sergey Lavrov Qarabağla bağlı şərtini açıqladı: “Türkiyə ilə razı deyilik...”

Sergey Lavrov Qarabağla bağlı şərtini açıqladı: “Türkiyə ilə razı deyilik...”

Sergey Lavrov Qarabağda vəziyyəti sabitləşdirmək üçün şərt açıqlayıb.


Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Dağlıq Qarabağda siyasi tənzimləmə mövcud razılaşmaların tətbiqi ilə paralel aparılmalıdır.

 

Sfera.az Rusiya mətbuatına istinadla xəbər verir ki, o həmsədrlərin üzərində işlədiyi, bu gün də işləyib hazırlamağa davam etdiyi təkliflərin danışıqlar masasında qaldığını bildirib.

 

"Onların məzmunu artıq məlumdur. Bu Qarabağın son statusu müəyyənləşənə və Ermənistanla Qarabağ arasında etibarlı bağ yarananadək, Qarabağın təhlükəsizliyinə zəmanət verilməsi şərti ilə, Qarabağ ətrafındakı rayonların mərhələli azad edilməsidir”,- deyə o, Rusiya jurnalistlərinə verdiyi müsahibədə bildirib.


Nazir əlavə edib ki, Rusiya Türkiyənin Dağlıq Qarabağda hərbi həllin mümkünlüyünə dair mövqeyi ilə razı deyil.

 

Selcan

Sfera.az

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031