Cəmİyyət

Şərq qəzetinin baş redaktoru: 10 illik haqsızlıq geridə qaldı

Şərq qəzetinin baş redaktoru: 10 illik haqsızlıq geridə qaldı
 

"Axır ki...Ədalət öz yerini tapdı. KİVDF -nin 10 il haqsızlığına tab gətirən, güc-bəla ilə varlığını qoruyan "Şərq" üzümüzə gələn həftənin əvvəlindən öz gündəlik nəşrini davam etdirəcək”.

Sfera.az xəbər verir ki, bu sözləri "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı sosial şəbəkədə yazıb. O bildirib ki, qəzet uzun illərdir KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərlinin haqsızlığı ilə üzləşib:

"Biz keçmişə dönmürük, önə, gələcəyə baxırıq. İlahi ədalətin varlığına da şəkk-şübhə etmədən inanırıq. Çox vüqarlar ədalətin, haqqın qarşısında əyilib, yox olub, onlar üçün həmişə tarix və fakt yox, şəxsi mənfəət olub.

KİVDF-nin yeni rəhbərliyinin təqdim etdiyi müsabiqə şərtlərinə görə, ən yüksək bala layiq görülmüşük. Var olun, doğru-dürüst seçiminizə görə minnətdaram!

Kimin nə deməsindən asılı olmayaraq, klassik qəzetçilik ənənələrini nəinki qorumalı, inkişaf etdirməliyik. Biz buna nail olacağıq, mütləq nail olacağıq!”.

Qeyd edək ki, qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilmiş müsabiqədə qalib gələn və gündəlik çap olunan qəzetlərə 20 min manat məbləğində maliyyə yardımı ediləcək.


 

 

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31