AKTUAL

Sərt karantin rejimi iyulun 20-dən sonra yenidən uzadılacaq? - Rəsmi Açıqlama

Sərt karantin rejimi iyulun 20-dən sonra yenidən uzadılacaq? - Rəsmi Açıqlama
 

Xəbər verdiyimiz kimi iyulun 9-da 548 nəfər koronavirusa yoluxub, 491 nəfər sağalıb. 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Sağalanların sayında artım müşahidə olunsa da lakin gündəlik yoluxanların sayı hələ də 500-dən yuxarıdır. Yoluxmanın sayı azalmasa iyulun 20-dən sonra sərt karantin rejimi yenidən uzadıla bilərmi?

Bununla Sonxeber.az-a danışan Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, sərt karantin rejiminin uzadılıb-uzadılmaması ilə bağlı hələlik heç bir qərar yoxdur:

 

"Sərt karantin rejiminin bitməsinə 5 gün var. Hər şey son günlərdəki yoluxma və azalma dinamikasından asılı olacaq. Bir daha insanlarmıza qoyulan qaydalara və verilən tövsiyələrə əməl etməklərini məsləhət görürəm".

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31