Cəmİyyət

Sərt karantin rejimi uzadılacaq? — RƏSMİ AÇIQLAMA

Sərt karantin rejimi uzadılacaq? — RƏSMİ AÇIQLAMA
8 rayon və şəhərdə tətbiq edilən sərt karantin rejiminin uzadılıb-uzadılmaması situasiyadan asılı olacaq, bu, hələlik müzakirə olunmur.

Sfera.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov qeyd edib ki, hələ qarşıda 1 həftə var:

"Situasiyadan asılı olaraq, vəziyyətə müvafiq qərar veriləcək. Bu barədə də ictimaiyyət məlumatlandırılacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.
 
Sfera.az

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031