Cəmİyyət

Sevgililər gününə özəl – KİŞİLƏRƏ ALINACAQ ƏN YAXŞI 6 HƏDİYYƏ

Sevgililər gününə özəl – KİŞİLƏRƏ ALINACAQ ƏN YAXŞI 6 HƏDİYYƏ
 
Əziz xanımlar, sizin necə seçici olduğunuzun həm biz fərqindəyik, həm də sevgiliniz.
Bu isə 14 fevral – Sevgililər günündə işinizi daha da çətinləşdirir. Biz bu çətin görünən
işi sizin üçün asanlaşdırmışıq. Elə isə gəlin həm onu, həm də sizi xoşbəxt hiss etdirəcək
hədiyyəni birlikdə seçək...
 
1. HUAWEI WATCH GT 2

Sizinlə bir sirri bölüşmək istəyirik. Xoşbəxt insan da saata baxır. Onu hər şeydən çox
xoşbəxt edən sevgilisi ilə neçə dəqiqə sonra görüşəcəyini bilmək üçün... Odur ki, özəl
gündə sevgilinizə hər baxdıqda sizi xatırlayacağı özəl hədiyyə seçin. HUAWEI GT 2 smart
saatının zövqlü dizaynı, mükəmməl batareya tutumu və idman fəaliyyətini asanlaşdıran
üstünlükləri ilə diqqət çəkir.
Elə bu dəqiqə bu saatı əldə etmək istəyirsinizsə, sadəcə Kontakt Home-un
yaratdığı onlayn sifariş üstünlüyündən faydalanın və 12 ay faizsiz şərtlərlə ideal hədiyyəyə
sahib olun.
2. XIAOMI REDMI NOTE 8

Sevgiliniz "Gəl sənin telefonunla çəkək, mənimki pis gündə çəkir”, "Yenə ən lazımi
anda telefonum sönmüşdü”, "İkinci nömrəmi işlətmək istəyirəm, amma yeni telefon
almağa vaxtım yoxdur” deyə şikayətlənirsə, onu bu dərdlərdən bir seçimlə xilas edin. Belə
ki, sevgiliniz Redmi Note 8 ilə 4000 mAh batareya tutumu ilə gün boyu onlayn qalacaq,
möhtəşəm ön və əsas kamera üstünlüklərinə sahib olacaq, ən əsası iki SIM kartı eyni
telefonda işlədə biləcək.
Bu smartfona xüsusi təkliflə 17 ayadək və cəmi 29 manat aylıq ödənişlə sahib ola
bilərsiniz. Bu arada Kontakt Home mağazalarında Sevgililər gününə özəl bütün telefonlar
ilkin ödənişsiz və faizsiz şərtlərlə təklif olunur.
3. TRİMMER PHILIPS MG5730/15

Bəzən də ən yaxşı hədiyyə onun gündəlik qayğılarına çarə tapmaqdır. İşə görə, toy
üçün və ya sadəcə ənənəyə çevrilmiş üz təmizləmək qayğısı kimi. Bu trimmer ilə
sevgiliniz gündəlik üz təmizləmək qayğılarından həm birdəfəlik uzaqlaşacaq, həm də
vaxtına qənaət edəcək. Yeri gəlmişkən Kontakt Home mağazalarından Philips brendinin
digər trimmerlərinə də 18 ayadək və aylıq 9 manatdan başlayan ödənişlərlə sahib ola
bilərsiniz.
4. SONY PLAYSTATION – 4 PRO 1TB

Müasir atalar məsəlində də deyildiyi kimi: Bir qızın ən yaxşı cehizi playstation-dir.
Biz isə bu məsəli bir qədər də inkişaf etdirərək deyirik ki: Bir qızın ən yaxşı sevgililər günü
hədiyyəsi PlayStation-4 Pro-dur... Bu hədiyyə ilə nəinki oyun oynayacaq, həmçinin
birlikdə musiqi dinləyəcək, şəkillərə və filmlərə baxacaqsınız. Bu ay ərzində Kontakt
Home-dan Playstation 4-ü nağd alışda 100 manat endirimlə və ya 12 ayadək faizsiz
şərtlərlə əldə edə bilərsiniz.

5. MASAJOR BEURER

Gündəlik həyatımızda hər şey sürətli cərəyan edir. Həyatımız sanki YouTube
videosudur və sürəti 2 ediblər... Bu isə həm işdə, həm də işdən sonra xüsusi rahatlıq
axtarışına gətirib çıxarır. Sevgilinizin bu axtarışına son verin, ona alman dəqiqliyi ilə çalış
masaj aləti hədiyyə edin.
BEURER brendinin digər masaj aləti dəstlərini aylıq ödəniş 8 manat olmaqla elə
indi həm onlayn, həm də sizə yaxın olan Kontak Home mağazasına gedərək əldə edə
bilərsiniz.
6. QULAQLIQ: XIAOMI MI AIRDOTS PRO 2

Məşhur mahnıda da deyilmədiyi kimi: "İkimizdə bir Dots var, Yarı məndə, yarı
səndə”...
Sevgilinizə AirDots almaqla həm özünüzə, həm də ona çox sevəcəyi hədiyyə etmiş
olacaqsınız. Şəhərdə, axşam gəzintisində və ya sadəcə ictimai nəqliyyatda sevimli
pleylistinizi dinləməyiniz üçün məsafələr əngəl olmayacaq.
Yeri gəlmişkən Kontakt Home mağazalarından bu qulaqlığı, hətta 24 ayadək və 10
manat aylıq ödənişlə ala bilərsiniz.
Bu siyahıdakı hədiyyələri, sərfəli alış-veriş məkanlarını çox həssaslıqla seçmişik. Belə
ki, adətən bu formada yazılan məqalələr TOP3 və ya Top5 şəklində bölünür. Biz isə
sevgililər günündə ədədlərin belə tək olmasını istəmədik, elə bu səbəbdən cütlüklər üçün
TOP6-lıq hazırladıq...
Və son olaraq. Bu siyahıdan sonra belə ürəyinizcə hədiyyə tapa bilməmisinizsə,
vəziyyətiniz çətindir, amma Kontakt Home-da çətin heç nə yoxdur, hətta sizin kimi seçici
insanlar üçün belə. kontakt.az saytına keçid edərək spesifik məhsullar, endirim
xəbərləri, hissə-hissə ödəniş şərtləri ilə anında tanış ola və istədiyiniz məhsulu onlayn
sifariş edə bilərsiniz.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031