No Image
No Image

Silahlı Qüvvələrin Yardım Fonduna toplanan vəsait açıqlandı

Silahlı Qüvvələrin Yardım Fonduna toplanan vəsait açıqlandı
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, cari il dekabrın 1-dək fonda 210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.

Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda təmtəraqlı toyların keçirilməsinə nə vaxtdan icazə veriləcək? - KOMİTƏ SƏDRİ AÇIQLADI

Toy, əyləncə və şənlik məclislərinin keçirilməsinə qoyulan qadağanın davam etməsi ölkədə böyük bir kütlənin çətinliklə üzləşməsi ilə nəticələnib. Sfera.az...

Daha iki erməni hərbçisinin meyiti tapıldı

Düşmənin daha 2 hərbi qulluqçusunun cəsədi aşkarlanıb. Sfera.az  Ermənistan KİV-ə istinadən xəbər verir ki, müharibə dövründə ölən daha 2 erməni hərb...

Hüquq müdafiəçi Oqtay Gülalıyevdən xəbər var

Hüquq müdafiəçi Oqtay Gülalıyevin səhətində müsbət dəyişikliklər müşahidə olunur. Sfera.az  xəbər verir ki, bu barədə AXCP-in Ali Məclisinin sədri Nu...

Bu avtobusların hərəkət sxemi dəyişdi - FOTO

Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti olaraq dəyişir. Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Zığ-Hava Limanı avtomobi...

Könül Nurullayeva: “Ermənistanda post-konflikt dövrü müharibə dövrü qədər ağırdır”

Ermənistan hələ də 44 günlük Vətən müharibəsinin ağır nəticələri ilə mübarizə aparmağa çalışır, lakin nəticə yoxdur və olmayacaq. Faktiki post-müharibə sindromu...

Kontakt Home mağazaları yenidən xidmətinizdə - AÇILIŞA ÖZƏL TƏKLİFLƏR

Sevindirən şəbəkəmiz olan "Kontakt Home” yanvarın 25-dən etibarən mağazalarının qapısını yenidən müştərilərinin üzünə açır. Üstəlik, sevdiyiniz "Gənclik”, "28...