İqtİsadİyyat

"Siz "tupoy"lara mən necə izah edim..." – Tanınmış startapçı boykota qoşulanları təhqir etdi

"Siz "tupoy"lara mən necə izah edim ki, franşiza necə işləyir. A bala, franşizanın şərtləri olur, onlardan biri də odur ki, mənim brendimə ziyan gətirməyəcəksən. Brendinə siyasətin qatılmağını istəməyən "McDonald's" tələb edib , onlar da yığışdırıblar".

 

 

Sfera.az xəbər verir ki, bu sözləri sosial şəbəkədəki hesabında məşhur startapçı Toğrul Səməd yazıb.


T.Səmədin boykotla bağlı yazdığı post belə davam edir:


""Mcdonald's" deməyib ki, mən erməniləri dəstəkləyirəm. Çox güman ki, mənim brendimə siyasətinizi qatmayın deyib. Yəni gedin o biri tərəfdə oynayın. Deyilənə görə, "Mercedes Armenia" hələ bir pul da köçürüb ermənilərə... Belə bombasızsa, "Mercedes"i boykot edin. Hamınız gedin sürdüyünüz "Mercedes"ləri yandırın! Bax buna deyərəm boykot. Pah böyük şey olub qamburger yeməyəcəklərmiş... Qamburger yeməməklə heç nə olmur. İndi bizim başdan xarablar gedib başqalarının "Mercedes"lərini yandırmasa, yaxşıdı".


Onun boykota qoşulanlarla bağlı təhqir dolu ifadələrdən istifadə etməsi birmənalı qarşılanmayıb.

 

Xatırladaq ki, "McDonald's", "Papa John's" və "Burger King" şirkətləri ölkəmizə dəstəklə bağlı birmənalı mövqe ortaya qoya bilmədikləri üçün artıq bir neçə gündür ki, vətəndaşlarımız tərəfindən boykot edilir.

 


 

Aysel

Sfera.az

 

 

XƏBƏR LENTİ

«    Dekabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031