Cəmİyyət

SOCAR -ın təhlükəsizlik işçiləri 200 ailəyə sosial yardım edir - VİDEO

SOCAR -ın təhlükəsizlik işçiləri 200 ailəyə sosial yardım edir - VİDEO
 

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində SOCAR-ın Təhlükəsizlik İdarəsi kollektivinin təşəbbüsü ilə idarənin 3031 və 35 saylı mühafizə bölmələrinin, eləcə də, "Etalon Security” MMC-nin əhatə etdiyi ərazilərdə yaşayan aztəminatlı ailələrə sosial yardımın göstərilməsi nəzərdə tutulur.

Bu barədə Sfera.az-a qurumdan məlumat verilib.

Bu yardımlar əməkdaşların şəxsi vəsaitlərindən verilir. 

Məlumatda bildirilir ki, həmin kateqoriyaya daxil olan ailələr əsasən Binəqədi rayonu Biləcəri qəsəbəsi, Xəzər rayonu Binə və Qala qəsəbələri, Sabunçu rayonu Yeni Ramana və Balaxanı qəsəbələri, Suraxanı rayonu Zığ qəsəbəsi, Qaradağ rayonu Lökbatan qəsəbəsi, Səbail rayonu Y.Əliyev küçəsi, Nizami rayonu Keşlə qəsəbəsi, M.Ağayev küçəsi və digər ərazilərdə məskunlaşıblar. 

Həmin ərazilərdə bəzi insanlar qanuni şəkildə, bəziləri isə dəllalların tələsinə düşərək, sənaye təyinatlı torpaqlarda qanunsuz məskunlaşıb. Bu da onların özləri üçün ziyan və təhlükəli olduğuna görə, idarənin əməkdaşları sənaye təyinatlı müəssisələri mühafizə edərək, insanları bundan qorumağa və çəkindirməyə çalışsalar da, artıq çoxlu sayda insanlar həmin ərazilərdə və onlara bitişik olan ərazilərdə məskunlaşıb.

Onların bir çoxunun maddi durumunun çətin olduğunu nəzərə alaraq, idarə belə bir humanist aksiyanın keçirilməsi qərarına gəlib. 200 ailə üçün nəzərdə tutulan yardıma ərzaq məhsulları, yuyucu vasitələr və qoruyucu ləvazimatlar daxildir.

Sosial aksiya çərçivəsində SOCAR-ın mühafizə zonasına yaxın ərazilərdə yaşayan imkansız, fiziki cəhətdən qüsurlu və eyni zamanda evdən çıxa bilməyən vətəndaşlara idarə tərəfindən operativ şəkildə dəstəyin göstərilməsi həyata keçiriləcəkdir.

Qeyd edək ki, bu məqsədlə Təhlükəsizlik İdarəsində növbətçi hissə əməkdaşları tərəfindən fasiləsiz olaraq müraciətlər qəbul ediləcək (Əlaqə üçün: 050-842-00-80, 012-521-06-30).

Tədbirin aprelin 8-11 tarixlərində həyata keçirilməsi planlaşdırılır.


XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930